Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN

29-11-2025, 10:15 - Hadisə

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.