Paytaxtda 36 yaşlı kişi yanıq xəsarətlərindən həyatını itirdi

12-02-2026, 09:41 - Hadisə

Bakının Xəzər rayonunun Binə qəsəbəsində Atçılıq yaşayış massivlərində bədbəxt hadisə baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə fevralın 10-u saat 23 radələrində Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əfsun Xanlarov Əfsun fərdi evdə öz ehtiyatsızlığı nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.