Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

16-06-2026, 09:25 - Hadisə

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, iyunun 15-də Osmanov Əli Osman oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Zaqatala–Qax rayonlararası yolun Muxax kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb.

Qəza zamanı aldığı xəsarətlərdən sürücü hadisə yerində vəfat edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.