Tovuzda su kanalından kişi meyiti tapılıb

17-06-2026, 09:00 - Hadisə

Tovuz rayonunda su kanalından meyit aşkar edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 15-də rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisindən keçən “Ağstafa” su kanalının “Məhsul” arena yaxınlığından keçən hissəsində Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.