Zaqatalada iki avtomobil toqquşdu: Bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Bugün, 08:25 - Hadisə

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə “Tofaş” markalı avtomobilin sürücüsü, 41 yaşlı Orxan Orucov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov isə müxtəlif bədən xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanılıb, hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.