Şağanda quru otluq sahədə yanğın baş verib

8-07-2026, 00:00 - Hadisə

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub.

XXX

20:54

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.