Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
FHN-dən bildirilib ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
XXX
00:22
Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, yanğın rayonun Kəngərli kəndi ərazisində başlayıb.
Hazırda alov Sarıcalı və Kəngərli kəndləri istiqamətində davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Xocalı rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
XXX
21:35
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.