Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.
09:27
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb (2 kişi cinsli, 1 qadın cinsli). Onlar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
xxx
08:08
Məlumat verildiyi kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Eyni zamanda, TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb (2 kişi cinsli, 1 qadın cinsli). Onlar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
xxx
07:33
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
07:30
Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.
xxx
07:16
Sumqayıtda yaşayış binasında partlayış olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən binada qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım və FHN qüvvələri cəlb edilib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.



