Ötən gün 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 5 nəfər xəsarət alıb

25-02-2025, 10:00 - Hadisə

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır.

"Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır", - məlumatda qeyd edilib.