Dünya çempionatı: Norveç millisi İraqı məğlub edib

17-06-2026, 04:10 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Norveç yığması futbol üzrə dünya çempionatının qrup mərhələsi oyununda İraq millisini 4:1 hesabı ilə məğlub edib.

Qarşılaşma ABŞ-nin Massaçusets ştatının Foksboro şəhərində keçirilib.

Norveç millisinin heyətində qolları Erlinq Holann (29 və 43-cü dəqiqələr), Leo Estiqor (76) və Kristian Torstvedt (90+7) vurublar. İraq yığmasının yeganə qoluna isə 39-cu dəqiqədə Ayman Hüseyn imza atıb.