İsveçrə millisi dünya çempionatı matçında Bosniya və Herseqovinanı darmadağın edib

19-06-2026, 01:35 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, İsveçrə milli komandası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Bosniya və Herseqovina üzərində 4-1 hesablı qələbə qazanıb.

Görüş ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində baş tutub.

İsveçrə millisinin heyətində qolları Yohan Manzambi (74-cü və 90-cı dəqiqələr), Ruben Varqas (84-cü dəqiqələr) və Qranit Caka (90+7, penalti) vurublar. Bosniya komandasından Emin Mahmiç (90+3) fərqlənib. Bosniyalı müdafiəçi Tarik Muharemoviç 80-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

B qrupunda İsveçrə dörd xalla birinci yerdədir. Ardınca Kanada, Bosniya və Herseqovina və Qətər (hər biri 1 xal ilə) gedir.