Azərbaycanda pul bazası artıb

7-01-2026, 09:35 - İqtisadiyyat

Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 22,470 milyard manat təşkil edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 341,8 milyon manat və ya 1,5% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 1,554 milyard manat və yaxud 7,4% artıb.