Azərbaycan pomidor ixracında dünya üzrə ilk 15-likdədir

10-02-2026, 10:05 - İqtisadiyyat

Azərbaycan 2025-ci ildə 192,5 milyon dollar dəyərində 172,9 min ton pomidor ixrac edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, 2024-cü illə müqayisədə ixracın dəyəri 9,7 faiz, həcmi isə 18,7 faiz artıb.

2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında pomidorun payı qızıl ixracından sonra ikinci olub.

Qeyd edilib ki, Azərbaycan 2016-cı ildən qlobal bazara pomidor ixrac edən ölkələrin siyahısında ilk 15-də yer alır.