Ötən il Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb

14-01-2025, 10:32 - İqtisadiyyat

Ötən il yaşa görə əmək pensiyası alanların sayı məlum olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bildirilib ki, onların 72,6%-ni kişilər, 27,4%-ni isə qadınlar təşkil edib.