Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

12-08-2025, 12:55 - Siyasət

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.

Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.