Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

12-08-2025, 12:55 - Siyasət

Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.