Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.