Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

16-11-2025, 11:41 - Siyasət

Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

"İlkin olaraq ildə 15 milyon ton yük daşıma gücünə malik bu dəmir yolu Orta Dəhlizin mühüm bir hissəsinə çevriləcək", - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı oxşar avtomobil yolunun tikintisi ilə bağlı işlərin də başa çatmaq üzrə olduğunu bildirib.