ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verdi

20-01-2026, 10:40 - Siyasət

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı "X" platformasında başsağlığı verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, başsağlığı mətnində qeyd olunub:

"Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk".