Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

27-01-2026, 09:35 - Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, иu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.