Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamladı

28-01-2026, 05:30 - Siyasət

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılan açıqlamada bildirilib.

“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.