Azərbaycan regionu inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir - Cennifer Mil

10-02-2026, 10:00 - Siyasət

Azərbaycan regionu inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ Ticarət Palatasının (U.S. Chamber of Commerce) Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Mil bildirib.

“Amerika şirkətləri burada regionu birləşdirmək, faktiki olaraq Xəzər vasitəsilə Mərkəzi Asiyanı Avropa ilə inteqrasiya etmək və multimodal ticarət marşrutlarını inkişaf etdirmək imkanı görürlər - əvvəllər belə bir imkan heç vaxt olmayıb. Və Azərbaycan regionu bu cür inteqrasiya etmək üçün unikal mövqeyə malik olan yeganə ölkədir”, – deyə o qeyd edib.

Mil vurğulayıb ki, artıq Mərkəzi Asiya və Türkiyədə fəaliyyət göstərən şirkətlər Azərbaycan vasitəsilə strateji əhəmiyyətli minerallar, neft-qaz məhsulları, fiber-optik şəbəkələr, eləcə də regional və rəqəmsal əlaqəlilik üzrə daha qlobal təchizat zəncirlərinin necə cəlb oluna biləcəyini nəzərdən keçirirlər.

“Bu, ABŞ-nin özəl sektorunun Azərbaycana marağına səbəb olan əsas məqamlardan biridir”, – deyə o əlavə edib.