Azərbaycan Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək Sammitində iştirak etməyəcək - Nazir

26-02-2026, 09:50 - Siyasət

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb", - nazir bildirib.