Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

8-11-2024, 11:50 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.