Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər

6-04-2026, 10:37 - Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.