Prezident İlham Əliyev: Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir

18-06-2026, 09:43 - Siyasət

Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün təchizatın coğrafiyası baxımından birinci yerdədir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say günbəgün artır və artmaqda da davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.