Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

16-07-2026, 08:45 - Siyasət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb