Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir

6-08-2026, 08:45 - Siyasət

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə qarşılayıb.

Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.