Ceyhun Bayramov Kiyevdə Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirəsini yad edib

6-08-2026, 10:50 - Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə birlikdə Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirəsini yad edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, nazirlər Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak Olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edərək abidə önünə əklil qoyublar və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onun ukraynalı həmkarı Andriy Sibiha ilə görüşü və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

xxx
08:40

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə qarşılayıb.

Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.