Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək

12-08-2026, 10:15 - Siyasət

Naxçıvanda 420 km avtomobil yolu əsaslı təmir ediləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılıb.