Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

14-08-2026, 10:10 - Siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqını və Pakistan Hökumətini ürəkdən təbrik edirik. Pakistan, Müstəqillik Günün mübarək!", - təbrikdə deyilir.