6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsahibə mərhələsi isə 12–31 may tarixlərini əhatə edəcək.
Qeyd edilib ki, saat 15:00-dan ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılacaq.
"Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat, seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyə olunur",- deyə əlavə edilib.