Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edə bilər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.
Kremlin nümayəndəsi Ermənistan Baş nazirinin səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini, lakin səfərin bu il baş tutacağını qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Paşinyanla görüş keçirib. Bu, liderlərin aprel ayında Kremldə keçirilən danışıqlardan sonra ilk ikitərəfli görüşü olub.