İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə illik məlumat verəcək

12-05-2025, 11:15 - Cəmiyyət

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, illik məlumat mayın 13-də parlamentdə müzakirəyə çıxarılacaq.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında müzakirələrdən sonra plenar iclasa tövsiyə ediləcək.