2025-ci ilin yanvar-aprel ayları ərzində 17 500-dən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 54,86%-ni kişilər, 45,14%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə 35 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4 faizini kişilər, 28,6 faizini isə qadınlar təşkil edib.