Şuşada bayram namazı qılınıb

6-06-2025, 11:10 - Cəmiyyət

İyunun 6-da Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.