Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb

7-06-2025, 11:30 - Cəmiyyət

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin, döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.