Hərbi Prokurorluqda yeni təyinat olub

7-08-2025, 09:40 - Cəmiyyət

Hərbi Prokurorluqda yeni təyinat olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Hərbi prokurorun təqdimatı və Baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.