Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

18-11-2025, 10:35 - Cəmiyyət

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.