Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib

27-11-2025, 10:20 - Cəmiyyət

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, "Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş olunur.