Mərdəkanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

4-12-2025, 09:00 - Cəmiyyət

Bu gün Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 may küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.