Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib

7-01-2026, 10:02 - Cəmiyyət

2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha ərazi təmizlənib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə sorğusuna cavab olaraq ANAMA-dan bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

"Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb",-deyə qurumdan əlavə olunub.