26-30 yanvar tarixlərində Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirlikdən bildirilib.