Yevlaxda və Beyləqanda baş verən yanğınlar söndürüldü

20-02-2026, 08:25 - Cəmiyyət

Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında və Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

xxx

21:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.