ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama

6-04-2026, 08:40 - Cəmiyyət

Qeyri-sabit hava şəraitinə baxmayaraq, ölkə ərazisində qatarların hərəkəti davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir.

“Bununla belə, təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddinin endirilməs tətbiq olunur. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları mümkündür”.

xxx

08:29

Xırdalandan Bakı istiqamətində hərəkət edən qatarlarda gecikmə müşahidə olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sərnişinlər məlumat veriblər.

Bildirilib ki, qatar 15 dəqiqədən artıqdır gecikir.