Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq

23-04-2026, 00:05 - Cəmiyyət

Bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.