Bakıda tozun miqdarı normadan artıqdır

27-07-2026, 10:15 - Cəmiyyət

Bakıda və Abşeron yarımadasında tozlu hava müşahidə olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova mediaya açıqlamasında bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”, - deyə əlavə edib.