Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə işləmək istəyən müəllimlərin müsahibəsi başlayır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə işə qəbul üzrə müəllimlərin müsahibəsinə 3 avqustdan etibarən start verilir.
Məlumata görə, ilkin olaraq, buraxılış fənləri - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə fənn müəllimlərinin müsahibəsi nəzərdə tutulub.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək. Elektron qəbul mərkəzləşmiş formada həyata keçirilir. Qeydiyyatdan keçmiş şagirdlərin siyahısı, buraxılış imtahanının nəticələri və digər zəruri məlumatlar hazırlanaraq məktəblərə göndərilir. Məktəblər isə valideyn və şagirdləri məktəbə dəvət edir. Valideynlərin ərizəsi əsasında şagirdlərin məktəbə qəbulu rəsmiləşdirilir. Məktəblərdə bütün təmayül istiqamətləri üzrə şagirdlərin qəbulu yekunlaşdıqdan sonra nəticələr açıqlanacaq", - BŞTİ-nin məlumatında bildirilib.