Bakıda aparılacaq təmir işləri ilə əlaqədar bir sıra küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu 14 İyul küçəsi 11 avqust 2026-cı il saat 09:00-dan, Xəzər rayonu Sergey Yesenin küçəsi 11 avqust 2026-cı il saat 10:00-dan və Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 11 avqust 2026-cı il saat 18:00-dan etibarən tam bağlanacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Bu müddətdə hərəkət iştirakçılarından alternativ yollardan istifadə etmələri və yarana biləcək müvəqqəti narahatlığa anlayışla yanaşmaları xahiş olunur.