Lökbatanda palçıq vulkanı püskürüb

18-09-2024, 12:08 - Cəmiyyət

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.